ASELSAN Çilinin “Leopard 2” tanklarını modernləşdirəcək

2024/04/1712988845.jpg
Oxunub: 163     15:57     16 Aprel 2024    
ASELSAN Çili ordusunun “Leopard 2” tanklarının nişanalma və sensor imkanlarının modernləşdirilməsi üçün müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, FIDAE 2024 zamanı müsahibə verən ASELSAN baş direktoru Ahmet Akyol Çili ordusunun Leopard 2 əsas döyüş tanklarının ASELSAN-ın müxtəlif sistemləri ilə modernləşdiriləcəyini bildirib.

“Leopard 2”də modernləşdirmə paketinin maketi də nümayiş etdirilib.

Atəşə nəzarət sistemi ASELSAN-ın “Volkan” sistemi ilə əvəz olunacaq və əlavə atəş gücü təmin etmək üçün “Sarp” tipli uzaqdan idarəetmə sistemi inteqrasiya olunacaq.

Tuşlayıcı optikası da “Kartalgözü” seriyası nişangahlar ilə yenilənəcək.

Situasiya məlumatlılığı tərəfində ATGM-lərə qarşı lazer və raket xəbərdarlığı sistemləri quraşdırılacaq və komandir üçün elektro-optik sistem əlavə olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Çili   Leopard2  


Bizi "telegram"da izləyin