“Boeing”in MQ-25 “Stingray” PUA-sının silahlandırılmış versiyasının modeli ilk dəfə təqdim edilib

2024/04/MQ-25-1712988558.jpg
Oxunub: 176     15:08     16 Aprel 2024    
“Boeing” şirkəti tərəfindən istehsal olunan MQ-25 “Stingray” Pilotsuz Uçuş Aparatının (PUA) silahlandırılmış versiyasının modeli ilk dəfə “Sea Air Space 2024” sərgisində iştirakçılara təqdim edilib.

Ordu.az xəbər verir ki, modeldə xarici yanacaq çənlərinin quraşdırıldığı platformanın qanadının altındakı stansiyalara 2 ədəd AGM-158C LRASM raketinin inteqrasiya edildiyi görünüb.

Düşmən hava məkanında işləyən təyyarələri yanacaqla doldurmaq üçün nəzərdə tutulan “Stingray” ilk uçuşunu 2019-cu il sentyabrın 20-də edib.

2021-ci il iyunun 7-də ABŞ Hərbi Dəniz Qüvvələrinin F/A-18 “Hornet” təyyarəsini uğurla yanacaqla dolduran platformanın inkişaf prosesi davam edir.

Aşağı radara görünmə sahəsini təmin etmək üçün aşağı siluetə malik platformada V tipli arxa şaquli stabilizatorlar var.

AGM-158C LRASM gəmi əleyhinə raketinin dizayn prosesi 2009-cu ilə təsadüf edir. “Lockheed Martin” və DARPA ortaqlığı ilə başlayan layihə çərçivəsində istehsal edilən sistemin sınaq mərhələləri 2013-cü ildə başlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Boeing   MQ-25   Stingray  


Bizi "telegram"da izləyin