“Intel” öz yeni SZ çipi “Gaudi 3”ü təqdim edib

2024/04/gaudi-1712988468.jpg
Oxunub: 183     18:29     16 Aprel 2024    
“Intel” rəqiblərindən “daha yüksək performans və səmərəliliyə” malik olan “Gaudi 3” adlı yeni Süni Zəka (SZ) çipini təqdim edib.

Ordu.az xəbər verir ki, “Intel Vision 2024” konfransında “Intel” SZ-yə güc verən yarımkeçiricilər sahəsində “Nvidia”nın üstünlüyünü hədəfləyən yeni çipi təqdim edib.

Şirkətdən verilən açıqlamada korporativ generativ SZ-yə performans, açıqlıq və seçimlər təmin etmək üçün təqdim edilən “Gaudi 3” çipi haqqında məlumat verilib.

Qeyd edək ki, rəqabətin getdikcə artdığı SZ çip bazarında “Nvidia”nın bazar payının 80 faiz olduğu təxmin edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Intel   Gaudi-3  


Bizi "telegram"da izləyin