Balans pozulur: Paşinyanın partiyasında Ararat Mirzoyanın əsəbiliyinə heyran qalıblar

2023/06/1685953909.jpg
Oxunub: 197     16:52     16 Aprel 2024    
Ermənistan parlamentinin ötənhəftəki işindən sonra hakim “Vətəndaş Müqaviləsi” partiyasının bəzi dairələri xarici işlər naziri Ararat Mirzoyanın kobud davranışını müzakirə edirlər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, Mirzoyan müxalifətçi deputatların kəskin tənqidi çıxışları zamanı emosiyalarına boyun əyərək, çıxışlara jest və əl hərəkətləri ilə cavab verməyi öz vəzifəsi hesab edib.

“Məsələn, deputatın çıxışını bəyənməyəndə baş barmağını aşağı salıb, əlləri ilə başını tutub, qaşlarını qaldırıb. Bir sözlə, demək olar ki, bütün çıxışlara sinxron cavab verilib, hətta xarici işlər nazirinin müxalifətə ünvanladığı bəzi iradlar zalda eşidilib. Hakim partiyada bir vaxtlar balanslı, təmkinli olan komanda yoldaşının əsəbiliyinə heyran qalıblar”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Mirzoyan  


Bizi "telegram"da izləyin