Çin Rusiyaya silah tədarükü ilə bağlı məlumatları təkzib edib

2024/04/1712983690.jpg
Oxunub: 124     06:55     13 Aprel 2024    
Çin Ukrayna münaqişəsinin tərəflərindən heç birinə silah tədarük etmir və Vaşinqtonu Pekin və Moskva arasında ticarət əlaqələrinə qarışmamağa çağırır.

Ordu.az xəbər verir ki, bunu Çinin Vaşinqtondakı səfirliyinin rəsmi nümayəndəsi Lyu Penyu bildirib.

Onun sözlərinə görə, Çin və Rusiya arasında ticarətə heç kim müdaxilə etməməli və ya bu prosesi məhdudlaşdırmamalıdır.

“Biz siyasi nizamlanmanın təşviqində konstruktiv rol oynayırıq. Çin tərəflərin heç birinə silah göndərmir”, - səfirlik rəsmisi bildirib.

Xatırladaq ki, bir müddət öncə Birləşmiş Ştatlar Çinin Rusiya müdafiə sənayesini dəstəkləməsindən şübhələndiyini bildirmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Rusiya  


Bizi "telegram"da izləyin