Tramp: "Prezident olsaydım, İran İsrailə hücum etməyi ağlına belə gətirməzdi"

2024/03/1710134138.jpg
Oxunub: 173     05:51     13 Aprel 2024    
ABŞ prezidenti mən olsaydım, İran İsrailə hücum etməyi ağlına belə gətirməzdi.

Ordu.az xəbər verir ki, bunu Donald Tramp Floridadakı Mar-a-Laqo mülkündə Nümayəndələr Palatasının spikeri, partiya üzvü Mayk Consonla görüşdən sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

“İran hücum edə biləcək vəziyyətdə olmayacaqdı. Onların pulu olmayacaqdı. Bu, ölkəmiz üçün çox təhlükəli dövrdür və bunun əsas səbəbi səriştəsiz prezidentimizin olmasıdır”, - Tramp qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran  


Bizi "telegram"da izləyin