Rusiya ordusu Donetsk vilayətinin daha bir kəndini işğal edib

2024/04/1712982439.jpg
Oxunub: 192     03:34     13 Aprel 2024    
Rusiya Silahlı Qüvvələri Donetsk vilayətinin Baxmut rayonunun Çasiv Yar şəhər icmasının Bohdanivka kəndini işğal edib.

Ordu.az xəbər verir ki, bu qənaətə Ukrayna Müdafiə Nazirliyinə yaxın OSINT-layihə olan “DeepState” teleqram kanalı gəlib.

“Düşmən Bohdanivkanı işğal edərək Çasiv Yar, Novokalınove və Tonenke yaxınlığında irəliləyib”, – kanal nəql edib.

Xatırladaq ki, aprelin 9-da Rusiya qoşunlarının sözügedən regionun Pervomayske kəndini işğal etdiyi açıqlanmışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Donetsk  


Bizi "telegram"da izləyin