Rusiya qitələrarası ballistik raketin sınaq buraxılışını həyata keçirib

2023/11/balli-1698901341.jpg
Oxunub: 207     20:56     12 Aprel 2024    
Rusiyanın Kapustin Yar poliqonundan qitələrarası ballistik raketin sınaq buraxılışı həyata keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 12 aprel 2024-cü il tarixində Həştərxan vilayətində yerləşən Kapustin Yar poliqonundan Rusiya Strateji Raket Qüvvələrinin döyüş heyəti mobil yerüstü raket sisteminin qitələrarası ballistik raketini uğurla buraxıb.

"Bu buraxılış perspektivli raket sistemlərinin dövlət sınağı, eləcə də raketlərin xidmətdə dayanıqlığının təsdiqi çərçivəsində həyata keçirilib. Əldə edilən nəticələr Rusiya Federasiyasının strateji təhlükəsizliyinin təmin edilməsində Rusiya raketlərinin yüksək etibarlılığını təsdiqləyir. Raket buraxılışının tapşırıqları tam şəkildə yerinə yetirilib", - nazirliyin yaydığı məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qitələrarası-ballistik-raket  


Bizi "telegram"da izləyin