ABŞ HƏMAS komandirlərinə qarşı sanksiyalar tətbiq edib

2024/03/1711083593.jpg
Oxunub: 133     20:39     12 Aprel 2024    
ABŞ administrasiyası pilotsuz uçuş aparatlarından istifadə edilən əməliyyatlara, həmçinin kiberməkanda hücumlara görə məsuliyyət daşıyan Fələstinin HƏMAS hərəkatının dörd komandirinə qarşı sanksiyalar tətbiq edib.

Ordu.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller yazılı açıqlamasında bildirib.

"Birləşmiş Ştatlar HƏMAS-ın qeyri-sabitliyi pozan terrorçuluq cəhdlərinin qarşısını almağa davam edəcək. HƏMAS terrorçularının ələ keçirdikləri hər yerdə, o cümlədən kiberməkanda hücumlar təşkil edir”, - diplomat vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HƏMAS  


Bizi "telegram"da izləyin