COP29-la bağlı Sloveniya Prezidentinə ünvanlanmış dəvət məktubu qarşı tərəfə çatdırılıb

2024/04/12121-1712938154.jpg
Oxunub: 164     19:30     12 Aprel 2024    
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Sloveniyaya işgüzar səfəri baş tutub.

Ordu.az xəbər verir ki, səfər çərçivəsində Sloveniya Respublikasının prezidentinin beynəlxalq münasibətlər üzrə müşaviri Zlatko Şabiç, Sloveniya Respublikasının Baş nazirinin Ofisində Beynəlxalq məsələlər üzrə dövlət katibi Voyko Volk, Milli Assambleyanın vitse-prezidenti Daniyel Krivets, Xarici və Avropa İşləri üzrə Nazirliyində siyasi məsələlər üzrə Baş direktor Mateya Norçiç Stamtsar ilə görüşlər keçirilib.

Görüşlər əsnasında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), ölkəmiz ilə Avropa İttifaqı arasında əlaqələr, regional və beynəlxalq gündəlikdə duran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Sloveniya tərəfi COP29-a ev sahibliyi etməsi münasibətilə Azərbaycan tərəfinə təbriklərini çatdıraraq, hazırda dünyada müşahidə edilən dəyişikliklər səbəbindən iqlim üzrə konfransın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb və Azərbaycan tərəfi ilə COP29-a hazırlıq istiqamətində sıx əməkdaşlıq etməyə hazır olduqlarını bildirib. Səfər çərçivəsində sözügedən tədbir ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən Sloveniya Respublikasını Prezidentinə ünvanlanmış dəvət məktubu qarşı tərəfə çatdırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: COP29   Azərbaycan   Sloveniya  


Bizi "telegram"da izləyin