Ermənistanda hərbçilər qəzaya düşüb: 4 ölü, 20 yaralı - YENİLƏNİB

2019/06/fed88-1561786573.jpg
Oxunub: 276     19:59     12 Aprel 2024    
Ermənistanda hərbçilərin düşdüyü qəzada ölən və yaralananların sayı açıqlanıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin Meğridə baş verən qəza ilə bağlı məlumatında bildirilib.

Məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.

***

Ermənistan ordusunun hərbçiləri yol qəzasına düşüb, ölənlər var.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə aprelin 12-də saat 15:25 radələrində qeydə alınıb. “Ural” markalı yük avtomobili naməlum şəraitdə yolun hərəkət hissəsindən çıxaraq dərəyə yuvarlanıb.

Qəza nəticəsində, ilkin məlumatlara görə, 4 nəfər ölüb, yaralılar var.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ordu  


Bizi "telegram"da izləyin