Ramazan bayramı ərəfəsində hərbi qulluqçularla görüşlər keçirilib - FOTOLAR

2024/04/b85a6-1712925469.jpg
Oxunub: 187     15:18     12 Aprel 2024    
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, hərbi qulluqçuların milli-mənəvi dəyərlər və vətənpərvərlik mövzusunda maarifləndirilməsi məqsədilə keçirilən tədbirlər davam edir.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirlər çərçivəsində Müdafiə Nazirliyinin, Bakı Dövlət Universitetinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin nümayəndələri hərbi hissələrdə olub, şəxsi heyətlə görüşlər keçiriblər.

Görüşlərdə hərbi qulluqçularla Azərbaycan dövlətçilik və hərb tarixi, eləcə də digər mövzularda söhbət aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Ramazan-bayramı   Görüş  


Bizi "telegram"da izləyin