Dağlıq və mürəkkəb şəraitli ərazilərdə sərhədlərimiz belə qorunur - FOTOLAR

2024/04/1_9da-1712918985.jpg
Oxunub: 211     14:41     12 Aprel 2024    
Relyefin dağlıq və mürəkkəb şəraitli, havanın qarlı olmasına baxmayaraq, sərhədçilər dövlət sərhədinin etibarlı mühafizə və müdafiəsini həyata keçirirlər.

Bu barədə Ordu.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqət və qayğısı sayəsində Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində, əsasən çətin relyefli dağlıq ərazilərdə xidmət aparan hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti və döyüş ruhu yüksəkdir.

Bu gün sərhəddə və səngərdə xidmət aparan sərhədçilər qarşıya qoyulan xidməti-döyüş tapşırıqlarını uğurla icra edərək, Vətən keşiyində qürurla dayanmaqla dövlət sərhədlərinin toxunulmazlığını təmin edirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: DSX   Sərhəd  


Bizi "telegram"da izləyin