İspaniya “Rheinmetall”dan 104 min minaatan mərmisi alacaq

2024/04/2024--1712303652.jpg
Oxunub: 136     17:01     22 Aprel 2024    
Alman müdafiə şirkəti “Rheinmetall” İspaniya hökuməti ilə daha bir mühüm müqavilə imzaladığını açıqlayıb.

Ordu.az xəbər verir ki, müqavilə 2025-ci ilin sonuna qədər İspaniya ordusuna 60 mm, 81 mm və 120 mm olmaqla müxtəlif çaplı 104 min minaatan mərmisinin çatdırılmasını nəzərdə tutur.

Məlumata görə, tədarük edilən minaatan mərmiləri İspaniya ordusunun piyada bölmələrində yüksək partlayış qabiliyyətinə malik duman və işıqlandırma sursatı çeşidləri ilə çoxməqsədli olaraq istifadə olunacaq.

“Rheinmetall” tərəfindən istehsal edilən və mənzilləri 60 mm çap üçün 2,59 km-dən 120 mm çap üçün 8,25 km-ə qədər uzanan bu mərmilər müxtəlif əməliyyat mühitlərində taktiki çeviklik təmin edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   Rheinmetall  


Bizi "telegram"da izləyin