“BAE Systems” ABŞ ordusu üçün yeni tırtıllı zirehli vasitələr istehsal edəcək

2024/04/1711962038.jpg
Oxunub: 161     16:23     16 Aprel 2024    
“BAE Systems” ABŞ ordusu üçün yeni tırtıllı zirehli vasitələr istehsal edəcək.

Ordu.az xəbər verir ki, “BAE Systems” şirkəti ilə ABŞ Müdafiə Nazirliyi arasında ABŞ ordusuna yeni vasitələrin istehsalı və inventarda olan vasitələrə texniki qulluq və saxlanma dəstəyinin göstərilməsi üçün 754 və 318 milyon dollar dəyərində iki yeni müqavilə imzalanıb.

M109A6 və M109A7 özüyeriyən haubitsaları və M992A3 sursat təchizatı vasitələrinə 5 il müddətində texniki dəstək xidmətlərinin göstərilməsini əhatə edən müqavilə çərçivəsində “BAE Systems”in vasitə ailəsində yeni imkanlar, texniki xidmət və sınaq təmin etmək üçün davamlı mühəndislik və logistika xidmətləri təklif edəcəyi bildirilib.

Müqavilənin ümumi qiymətinin 318 milyon dollar olduğu açıqlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BAESystems   ABŞ  


Bizi "telegram"da izləyin