ABŞ yüksək güclü mikrodalğalı raket sistemini bir sıra sınaqlardan keçirəcək

2024/03/1711749432.jpg
Oxunub: 208     16:29     15 Aprel 2024    
ABŞ yüksək güclü mikrodalğalı raket sistemini bir sıra sınaqlardan keçirəcək.

Ordu.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri Araşdırma Laboratoriyası (AFRL) və ABŞ Hərbi Dəniz Qüvvələri Araşdırma Ofisi (ONR) arasında əməkdaşlıq çərçivəsində hazırlanan Yüksək Güclü Qeyri-Kinetik Birgə Elektromaqnit Hücum Silahı (HiJENKS) layihəsi başa çatmaq üzrədir.

AFRL və ONR Kaliforniyadakı “China Lake” Dəniz Aviabazasında həyata keçiriləcək onlarla hərtərəfli sınaqdan sonra yeni yüksək güclü mikrodalğa silahının yaradılması üzrə 5 illik layihəni tamamlamağı hədəfləyir.

Daşıdığı yüksək güclü mikrodalğa sistemi ilə üzərindən uçduğu düşmən radioelektron sistemlərini zərərsizləşdirəcək yeni bir raket inkişaf etdirməyi hədəfləyən layihə əvvəllər AFRL tərəfindən həyata keçirilən Əks Radioelektron Yüksək Güclü Mikrodalğa Qabaqcıl Raket Layihəsinin (CHAMP) davamıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   AFRL  


Bizi "telegram"da izləyin