FNSS hərbi quru platformaları ilə yanaşı bir çox ixtiralar edir

2024/03/1711748131.jpg
Oxunub: 103     18:09     18 Aprel 2024    
Türkiyə müdafiə sənayesində inkişaf etdirilən hərbi quru platformaları ilə bir çox ixtiralar edilir.

Ordu.az xəbər verir ki, Türkiyənin qabaqda gələn hərbi vasitə istehsalçılarından biri olan “FNSS Savunma Sistemleri” 35 ildir milli imkanlarla yerli olaraq inkişaf etdirdiyi 24 fərqli müdafiə sistemi ilə ölkə daxilində və xaricdə bir çox istifadəçiyə xidmət göstərir.

Türkiyə Silahlı Qüvvələri və müttəfiq silahlı qüvvələrin istifadəsi üçün tırtıllı və təkərli zirehli döyüş vasitəsi ailələri və silah sistemləri dizayn və istehsal edən FNSS bu məhsullarla yüz milyonlarla dollarlıq ixrac potensialının ortaya çıxmasına şərait yaradır.

Bu vasitələrə əlavə olaraq, FNSS inkişaf etdirdiyi yenilikçi alt sistemləri ilə tırtıllı bir çox texnoloji həlli və faydalı modelləri qeydə alıb.

Bu fəaliyyətlərinə görə şirkət bu yaxınlarda Ankara Sənaye Palatasının 60-cı il dönümü mükafatlandırma mərasimində Faydalı Modellərin Sayını Ən Çox Artıran Şirkətlər arasında Böyük Müəssisələr kateqoriyasında mükafat qazanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: FNSS   Türkiyə  


Bizi "telegram"da izləyin