Türkiyə Silahlı Qüvvələrinə yeni tədarüklər edilib

2024/03/1711528191.jpg
Oxunub: 596     15:27     28 Mart 2024    
Martın 21-də Türkiyə Milli Müdafiə Nazirliyinin fəaliyyəti ilə bağlı Həftəlik Mətbuatı Məlumatlandırma Toplantısı keçirilib.

Ordu.az xəbər verir ki, toplantıda 26 terrorçunun zərərsizləşdirilməsi və “Kış 2024” təliminin uğurla həyata keçirildiyi kimi gündəliyə aid açıqlamalar da verilib.

Bundan əlavə, müxtəlif miqdarda “Uzun Mənzilli Tank Əleyhinə Raket” və “Nefer” Qülləli Zirehli Döyüş Vasitəsinin Türkiyə Quru Qoşunları Komandanlığı tərəfindən yoxlama və qəbul fəaliyyətlərinin tamamlandığı bildirilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri kontr-admiral Zeki Aktürk toplantıda deyib:

“Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə böyük irəliləyişlərə imza atılan yerli və milli müdafiə sənayemizin yüksək texnologiyalı məhsulları ilə təchiz edilmiş Türkiyə Silahlı Qüvvələrimizin effektivliyi və çəkindiriciliyi günü-gündən artır. Bu çərçivədə yeni qəbul fəaliyyətləri həyata keçirilir. Quru Qoşunları Komandanlığı tərəfindən müxtəlif miqdarda “Uzun Mənzilli Tank Əleyhinə Raket” və “Nefer” Qülləli Zirehli Döyüş Vasitəsinin yoxlama və qəbul fəaliyyətləri tamamlanıb”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə  


Bizi "telegram"da izləyin