Türkiyə HHQ-nin inventarına 5 yeni “Super Mushshak” təyyarəsi əlavə edilib

2024/03/1711526425.jpg
Oxunub: 294     12:23     27 Mart 2024    
Türkiyədə 2-ci Əsas Reaktiv Baza Komandanlığı inventarına 5 ədəd SMK (Super Mushshak) təyyarəsinin əlavə edilməsi üçün Qarşılama, Qurban Kəsilməsi və İlk Uçuş Fəaliyyətləri təşkil edilib.

Ordu.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi 2024-cü il martın 21-də aviasiya təlim Komandiri, aviasiya general-leytenantı Ərdoğan Gürün iştirakı ilə həyata keçirilən fəaliyyətlərin görüntülərini rəsmi “X” hesabında paylaşıb.

İstehsalına 1995-ci ildə başlanan “Super Mushshkak” Türkiyə ilə yanaşı, Azərbaycan, İran, Nigeriya, Pakistan, Səudiyyə Ərəbistanı, Qətər və İraqın inventarlarında da aktiv şəkildə yer alır.

IDEF 2017 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində keçirilən mərasimdə Türkiyə döyüş təyyarəsi pilotlarının təlimində istifadə edilmək üçün Pakistandan 52 ədəd “Super Mushshak” təyyarəsinin tədarükü üçün müqavilə imzalayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HHQ  


Bizi "telegram"da izləyin