Litvada ən böyük hərbi manevrlər keçiriləcək

2023/05/1683605880.jpg
Oxunub: 155     18:56     05 Mart 2024    
Litvada 2,5 min ehtiyatda olan hərbçinin iştirakı ilə silahlı qüvvələrin tarixində ən böyük hərbi manevrlər keçiriləcək.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Litva ordusunun komandanlığı məlumat yayıb.

Qeyd edilib ki, manevrlərdə ehtiyatda olan hərbçilərlə yanaşı, 4 mindən çox peşəkar hərbçi və çağırışçı iştirak edəcək.

Bundan əlavə, Litvanın NATO müttəfiqləri də manevrlərə qatılacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Hərbi-manevr  


Bizi "telegram"da izləyin