Son 3 ildə Bakıda 200 küçəyə şəhid adı verilib

2024/03/_1596-1709645529.jpg
Oxunub: 286     17:19     05 Mart 2024    
2020-2023-cü illər ərzində Bakıda 200 küçəyə şəhid adı verilib.

Ordu.az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında bildirilib.

Qeyd olunub ki, yerli icra hakimiyyətlərindən, eyni zamanda şəhid ailələrindən daxil olan müraciətlər şəhidin ailə üzvləri ilə razılaşdırılıb. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı paytaxtın inzibati ərazisində mövcud olan 200 küçəyə şəhidin adı verilməsi barədə sərəncamlar imzalayıb.

Hesabatda vurğulanıb ki, Bakı şəhərinin inzibati ərazisində mövcud olan küçərlərin inventarlaşdırılması və adsız küçələrə adların verilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində qeyd olunan məsələyə xüsusi önəm veriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bakı   Şəhid   Küçə  


Bizi "telegram"da izləyin