Ermənistanın işğal dövründə vurduğu zərərin qiymətləndirilməsi ilə bağlı 160 mindən çox sənəd dövlət qurumlarına verilib

2023/12/1703661685.jpg
Oxunub: 162     16:33     05 Mart 2024    
Ermənistanın işğalı nəticəsində Azərbaycana dəyən zərərin qiymətləndirilməsi və ərazilərin bərpası il bağlı 160 min vərəqdən çox arxiv sənədi müxtəlif dövlət orqanlarına təqdim edilib.

Ordu.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

Qeyd olunub ki, hesabat ilində dövlət arxiv xidməti təşkilatları Ermənistanın işğalı nəticəsində ölkəmizə dəymiş zərərin qiymətləndirilməsi və ərazilərin bərpası işində mühüm əhəmiyyət kəsb edən 1,2 mindən çox arxiv fondu üzrə 160 min vərəqdən çox arxiv sənədi, 10 kino, 500-ə yaxın foto, 400 layihə sənədi seçilərək müxtəlif dövlət orqanlarına təqdim edib, habelə müvafiq qurumların əməkdaşlarına arxivlərdə araşdırma aparmaları üçün şərait yaradılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nazirlər-Kabineti  


Bizi "telegram"da izləyin