MN: Baş direktor Qətər Dövlətinin baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri ilə görüşüb

2024/03/59a95-1709642013.jpg
Oxunub: 227     16:30     05 Mart 2024    
Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Qətərdə səfəri davam edir.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində cənab A.Qurbanov Qətər Dövlətinin baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Xalid bin Məhəmməd əl Attiyah ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Qətər  


Bizi "telegram"da izləyin