Avropa İttifaqının ilk hərbi-sənaye strategiyası təqdim edilib

2022/02/1645986589.jpg
Oxunub: 156     15:56     05 Mart 2024    
Avropa Komissiyası (AK) Avropa İttifaqının (Aİ) ümumi hərbi sifarişlərin və investisiyaların tətbiqinə əsaslanan ilk Avropa Müdafiə Sənayesi Strategiyasını təqdim edib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, Avropa Komissiyasının dərc olunmuş sənədinə əsasən, Ukraynanın ən qısa zamanda bu proqrama inteqrasiyası planlaşdırılır.

Qeyd edilib ki, bu strategiya Ukrayna ilə sıx əlaqələrin inkişaf etdirilməsi və onun müdafiə sənayesini dəstəkləmək üçün Aİ təşəbbüslərində iştirakını əhatə edir.

“Biz Ukrayna sənayesini bu ekosistemə tam inteqrasiya etmək istəyirik”, - Avropa Komissiyasının rəhbərinin müavini Marqret Vestaqer Brüsseldə mətbuat konfransında bildirib.

AK Aİ-yə üzv ölkələrə təklif edib ki, 2030-cu ilə qədər bütün silah və sursatların 50 faizini Aİ-nin hərbi sənayesindən əldə edilsin və hərbi satınalmaların 40 faizi birləşdirilsin.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Hərbi-sənaye-strategiyası  


Bizi "telegram"da izləyin