Yelena Zelenskaya: "Ölkədə hər şey dayanıb - nə bayram, nə tətil, nə də istirahət var"

2024/03/5b6e0-1709641123.jpg
Oxunub: 146     15:53     05 Mart 2024    
Ərimi nadir hallarda görürəm.

Ordu.az xəbər verir ki, bunu Ukraynanın birinci xanımı Yelena Zelenskaya xarici KİV-ə müsahibəsində deyib.

O bildirib ki, uşaqlar da ataları üçün darıxır: “Təxminən həftədə bir dəfə, bir neçə saatlıq görüşə bilirlər. Xarici səfərlər isə bu görüşlərə daha çox mane olur”.

Y.Zelenskaya söyləyib ki, bəzən əri ilə telefonla danışmağa da vaxtı olmur: “Əgər məşğul deyilsə, şəxsi kabinetinə gedib onunla görüşə bilirəm. Amma həmişə yox. Qrafiklərimiz üst-üstə düşmür. Bəzən onun, bəzən də mənim vaxtım olmur”.

Ölkənin birinci xanımı söyləyib ki, 11 yaşlı oğlu Kirill və 19 yaşlı qızı Aleksandra ilə müharibədən danışmaq onun üçün çətindir: “Bu, bütün ukraynalı valideynlər üçün çətindir. Şikayət etmək düzgün olmaz. Amma biz hamımız bu dövrün bitməsini istəyirik. Hamı müharibə haqqında düşünür. Oğlum həmişə bu haqda danışır”.

“Mümkün qədər çalışırıq ki, normal həyatımızı davam etdirək. Qızım indi universitetdə ikinci kursdadır, oğlum məktəbə gedir. Amma övladlarımız üçün heç nə planlaşdıra bilmirik. Bu, çətindir. İndi hər şey dayanıb - nə bayram var, nə tətil, nə də istirahət. Hamı müharibə haqqında düşünür", - deyə Ukraynanın birinci xanımı bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yelena-Zelenskaya   Ukrayna  


Bizi "telegram"da izləyin