Zaxarova almaniyalı jurnalistləri Rusiyadan çıxarmaqla hədələyib

2021/08/ca77d-1630070401.jpg
Oxunub: 106     14:43     05 Mart 2024    
Almaniya hakimiyyət orqanları rusiyalı müxbirlərə toxunarsa, alman jurnalistləri Rusiyanı tərk edəcəklər.

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Solovyov Live" "Youtube" kanalının efirində deyib.

"Demək istəyirəm ki, onlar (Almaniya hakimiyyət orqanları-red) Berlindəki diplomatik kanallar vasitəsi ilə bu barədə artıq məlumatlandırılıblar. Əgər onlar rusiyalı müxbirlərə toxunsalar, planlarını sona qədər çatdırsalar, alman jurnalistləri Rusiyanı tərk edəcəklər", deyə Rusiya XİN sözçüsü qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Rusiya  


Bizi "telegram"da izləyin