Ordu.az xəbər verir ki, Öztürk “Hürjet”in Türkiyə Respublikası tarixində bir əsrlik arzunun nəticəsi olduğunu bildirib.
O qeyd edib ki, “Hürjet” TUSAŞ-ın Türkiyə əsrinə ən böyük hədiyyəsidir.
“Büdcəsi 1 milyard dollardan çox olan bu layihə həm də ölkəmizin ilk milli pilotlu supersəs reaktiv təyyarəsidir. İnkişaf və yetkinləşdirmə səyləri dayanmadan davam edir. “Hürjet” Reaktiv Təlim və Yüngül Hücum Təyyarəsi tək mühərrikli, tandem (iki nəfərlik) və 5-ci nəsil döyüş təyyarələrində tapılan müasir avionika dəstinə malik turbofan mühərrikli, təkmil reaktiv təlim və yaxın hava dəstəyi təyyarəsidir”. - deyə Öztürk bildirib.
Sevinc Əliyeva
Ordu.az