Türkiyə Milli Müdafiə Nazirliyi “Hisar-O”nun buraxılış görüntülərini paylaşıb - VİDEO

2024/03/29_61-1709630813.jpg
Oxunub: 316     17:02     05 Mart 2024    
Türkiyə Milli Müdafiə Nazirliyi orta hündürlükdə Hava Hücumundan Müdafiə (HHM) raket sistemi “Hisar-O”nun buraxılış görüntülərini paylaşıb.

Ordu.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabında verilən açıqlamada qeyd olunub:

“Hava Hücumundan Müdafiə Briqada Komandanlığımızın inventarında olan orta hündürlükdə HHM raket sistemi olan “Hisar-O” kritik obyektlərin, məntəqələrin və bölmələrin HHM missiyasını yerinə yetirmək üçün paylanmış və çevik bir arxitekturada hədəf aşkarlama, identifikasiya, sinifləndirmə, izləmə, komanda nəzarəti və atəşə nəzarət funksiyalarını yerinə yetirə bilər. Sistemin batareyası 3 raket buraxılış qurğusu, 1 orta mənzilli HHM radarı, 1 atəşi idarəetmə mərkəzi, əlavə dəstək bölmələri və vasitələrindən ibarətdir”.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Milli-Müdafiə-Nazirliyi   Hisar-O  


Bizi "telegram"da izləyin