“Bayraktar TB2” zərbə PUA-sı rəsmi olaraq Albaniyanın inventarındadır

2024/03/2024--1709629170.jpg
Oxunub: 132     15:00     05 Mart 2024    
Martın 2-də Albaniyaya təhvil verilən ilk “Bayraktar TB2” zərbə tipli Pilotsuz Uçuş Aparatları (PUA) montaj prosesindən sonra martın 4-də ilk uçuşunu həyata keçirib.

Ordu.az xəbər verir ki, Albaniya ordusuna qatılan ilk “Bayraktar TB2” zərbə PUA-sı ilk uçuşunu həmin gün açılışı olan NATO-nun Kuçovadakı aviabazasından həyata keçirib.

Rəsmi “X” hesabında açıqlama verən Haluk Bayraktar martın 4-nün məsələ ilə bağlı tarixi bir gün olduğunu bildirib.

“Albaniyada ilk NATO-nun Taktiki Aviabazası açıldı. Kuçova Aviabazasının açılışı Balkanlar və Avropanın təhlükəsizliyi üçün yeni bir dövrün başlanğıcıdır. Bu mərasimlə “Bayraktar TB2” PUA-ları Albaniya ordusunun inventarına daxil oldu. Beləliklə, ilk dəfə olaraq Albaniya ordusunun inventarına NATO standartlarına cavab verən hava vasitəsi daxil edildi”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraktar-TB2   PUA   Albaniya  


Bizi "telegram"da izləyin