İrəvan-Paris-Afina üçlüyü Qafqazda yeni müharibəni körükləyir – ANALİZ

2024/03/1709628921.jpg
Oxunub: 539     12:54     05 Mart 2024    
Dünən Yunanıstanın müdafiə naziri Ermənistana səfər etdi. Baş tutmuş səfər ciddi şəkildə analiz edilməlidir, çünki Yunanıstanın müdafiə nazirinin səfəri Fransa-Ermənistan-Gürcüstan-Yunanıstan şərti məntiqi ilə cərəyan edən hadisələr zəncirində baş verir.

Şərti adlandırırıq, çünki söhbət ondan gedir ki, iki günlük Fransa, Paşinyan-Makron və müdafiə nazirləri səviyyəsində intensiv təmaslardan sonra Ermənistan tərəfi Gürcüstanın Baş naziri və müdafiə naziri ilə telefon danışıqları aparıb, daha sonra Ermənistanın bu ölkədəki səfiri Gürcüstanın müdafiə naziri ilə görüşüb.

Bundan əlavə, Paşinyan Yunanıstanda işgüzar səfərdə olub və ötən gün, həmin səfərdən bir neçə gün sonra Ermənistanın Afinadakı səfiri Mkrtçyan Yunanıstanın müdafiə nazirini qonaq kimi qəbul edib. Bu zəncir sübut edir ki, İrəvan Paris-Afina-Tbilisi şərti “marşrutu” üzrə mühüm hərbi-texniki əhəmiyyət kəsb edən məsələləri müzakirə edir, görünür, bu məsələlərin bir-biri ilə əhəmiyyətli əlaqəsi var. Təbii ki, Gürcüstan burada logistika ilə bağlı məsələlərdə rol oynayır.

Həm Yunanıstan, həm də Fransa ilə hərbi-texniki əməkdaşlığın region üçün hansı dağıdıcı nəticələrə səbəb olacağı məlumdur. Bu halda “intriqa” müzakirələrin təcili xarakter daşıyıb-daşımamasıdır və xüsusilə qeyd edək ki, söhbət təcili tədarüklərdən gedir. Bu, Ermənistanın ən yaxın dövrdə geniş miqyaslı təxribatlara hazırlaşacağından xəbər verir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan   Paris   Afina   Qafqaz  


Bizi "telegram"da izləyin