Ermənistan MTX-nin keçmiş direktoru: “Bu, bəzi hallarda xəyanət kimi görünür”

2022/06/dsfsd-1656089859.jpg
Oxunub: 206     16:53     05 Mart 2024    
“Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin bu dalğasının subyektiv və obyektiv səbəbləri var”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Mikayel Hambardzumyan öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, bir şey aydındır ki, bu, bu gün proqnozlaşdırılması sadəcə mümkün olmayan bir nəticə verəcək.

“Əsas odur ki, erməni dünyası üçün əlverişli çıxış və gələcək təmin olunsun. Müharibə zamanı Rusiya qoşunlarının Zəngəzurda yerləşdirilməsini, Rusiya bayrağının dalğalandığı hər bir yeni bazanın yaradılmasını şövqlə və hisslə qarşıladıq ki, bizim yanımızda güclü müttəfiqimiz var. Bu, rəqib üçün bir maneə idi. Nankor olmaq olmaz. Bu bəzi hallarda xəyanət kimi görünür. Bəlkə də Rusiyadan daha çox şey gözləmək olardı. Bunu heç kim mübahisə edə bilməz, amma fakt faktlığında qalır ki, Rusiya strateji müttəfiq mövqeyində idi və onun səyləri ilə sonda müharibə dayandırıldı. Bunu da xatırlamaq və dəyərləndirmək lazımdır”, - deyə Hambardzumyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MTX  


Bizi "telegram"da izləyin