Ermənistanın daxili siyasi sahəsində diqqətəlayiq “sualtı” proseslər gedir

2024/03/16535-1709626122.jpg
Oxunub: 154     14:47     05 Mart 2024    
Şübhə yoxdur ki, Ermənistanda yeni milli hökumətin formalaşdırılması anı, zərurəti çoxdan yetişib və bu məsələdə cəmiyyətin əksəriyyəti arasında konsensus formalaşıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr qeyd edib ki, bunu həm müxtəlif mərkəzlər tərəfindən dərc edilən sorğular, araşdırmalar, həm də ictimai rəylər sübut edir.

“Müxtəlif sorğular göstərir ki, insanların 60 faizdən çoxu ölkəyə rəhbərlik edən yeni siyasi qüvvə görmək istəyir. Məlumata görə, son vaxtlar daxili siyasi sahədə diqqətəlayiq “sualtı” proseslər gedir. Mənbələrimiz bildirir ki, müxtəlif siyasi qüvvələr və xadimlər arasında demək olar hər gün müxtəlif platformalarda hələlik açıqlanmayan görüşlər keçirilir. Həmin görüşlərin əsas mövzusu, belə demək mümkündürsə, “üçüncü qüvvə”nin yaradılması yoluyla ölkəni son məhvə aparan hakimiyyətdən bir an öncə qurtulmaq məqsədilə resursların birləşdirilməsinin zəruriliyidir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Daxili-siyasət  


Bizi "telegram"da izləyin