“Hraparak”: Ermənistan hökuməti diplomat gününü niyə görməzdən gəlib?

2024/03/1709625978.jpg
Oxunub: 117     14:20     05 Mart 2024    
Əvvəlki illərdə diplomat gününü təmtəraqla qeyd edən Ermənistan hökuməti bu il həmin günü görməzdən gəlib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, martın 2-si Ermənistanda diplomatiya günü kimi qeyd olunur, çünki 32 il əvvəl, həmin gün Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında Ermənistanın bayrağı qaldırılıb.

“Bu il diplomatlar günü münasibəti ilə yalnız həmin gün Türkiyədə olan, Antalya diplomatik forumunda iştirak edən xarici işlər naziri təşəkkür mesajı göndərib. Diplomat günü ilə bağlı nə Nikol Paşinyan, nə Vahaqn Xaçaturyan, nə də Alen Simonyan təbrik mesajı göndərməyib. Məsələn, 2019-cu ildə Paşinyan və xarici işlər naziri Zöhrab Mnatsakanyanın iştirakı ilə qəbul təşkil olunub, Paşinyan çıxış edib və səfiri mükafatlandırıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Türkiyə  


Bizi "telegram"da izləyin