KİV: Ermənistanın İctimai Televiziyası Los-Ancelesə “desant” endirib

2024/03/1709625759.jpg
Oxunub: 182     12:40     05 Mart 2024    
Amerika Birləşmiş Ştatlarından “Past” qəzetinə bildirirlər ki, Ermənistanın İctimai Televiziyası Los-Ancelesə “desant” endirib, üstəlik, bunu kifayət qədər “yüksək dərəcəli” təmsilçiliklə həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrə görə, nəzərdə tutulur ki, bu qrup silsilə müsahibələr hazırlamalıdır və həmin müsahibələrdə müəyyən şəxslər diaspor erməniləri adından Nikol Paşinyanın siyasətini alqışlamalıdırlar.

“Müsahibələr silsiləsi Los-Anceles erməniləri arasında nikolçuları aktivləşdirmək, nikolçu dairələrin reytinqini artırmaq kimi xüsusi məqsəd daşıyır. Bu münasibətlə Ermənistanın ABŞ-dəki səfiri Lilit Makuntsun Vaşinqtondan Los-Ancelesə gəldiyi barədə məlumatlar var. Çəkiliş qrupuna diaspor komissarı Zareh Sinanyan tərəfindən hazırlanmış nikolçuların siyahısı artıq verilib və Qlendeyldə yerləşən konsulluğun əməkdaşlarına “desantlar”a öz missiyalarını yerinə yetirməkdə kömək etmək tapşırılıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ  


Bizi "telegram"da izləyin