“Hraparak”: Qarabağ ermənilərinə verilən dəstəyin miqdarı azalacaq

2024/03/1709625676.jpg
Oxunub: 143     12:29     05 Mart 2024    
Qarabağdan Ermənistana könüllü köçənlər üçün altı aylıq maliyyə dəstəyi proqramının müddəti tezliklə başa çatacaq.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, Ermənistan hökuməti bu qərarı 2023-cü ilin oktyabr ayının əvvəlində verib.

“Söhbət hər ay hər adama ayrılan 50 min dramdan gedir, müddət 2024-cü ilin aprel ayının əvvəlində başa çatacaq. Qarabağdan gələn insanların problemlərini koordinasiya edən Ermənistan Baş nazirinin müavini Tiqran Xaçatryan fevralın 27-də İctimai Televiziyaya müsahibəsində bildirib ki, mənzillə təmin olunma proqramı müzakirə olunur, lakin bu, mənzillə təmin etmək proqramı yox, Qarabağ ermənilərinə borca pul vermək proqramıdır, çünki adambaşına cəmi 3 milyon dram verməyə qərar vermələri kifayət deyil, bundan əlavə, yetkin vətəndaşlar 10 ildən sonra bu məbləği dövlətə qaytarmağa borclu olacaqlar. Əks halda həmin vəsaitə alınan mənzillər özəlləşdirilməyəcək”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qarabağ  


Bizi "telegram"da izləyin