Ermənistanın sabiq BQ rəisi Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə çağırılacaq

2022/05/image-1653893158.jpg
Oxunub: 98     11:59     05 Mart 2024    
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Onik Qasparyan da Üçmüədzinin “Kimyaçılar” hərbi hissəsinin itkin düşmüş hərbi qulluqçularının işi üzrə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə çağırılacaq.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, ilkin istintaq zamanı o bu cinayət işi üzrə dindirilib və ifadə verib, buna görə də məhkəmə onu da dindirməyə dəvət edəcək.

“Üçmüədzinin “Kimyaçılar” hərbi hissəsinin itkin düşmüş hərbi qulluqçularının işi üzrə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi uzun müddətdir ki, itkin düşən və ya ölən hərbi qulluqçuların valideynlərini dindirir. Həmin işdə təqsirləndirilən şəxslər isə Baş Qərargah rəisinin keçmiş müavini Andranik Makaryan və hərbi hissənin digər rəsmiləridir. Andranik Makaryana qarşı Ermənistan Cinayət Məcəlləsinin 376-cı maddəsinin 3-cü hissəsi ilə ittiham irəli sürülüb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   BQ   Korrupsiya  


Bizi "telegram"da izləyin