İsrail Ukraynaya erkən xəbərdarlıq sistemləri verəcək

2024/03/1709621192.jpg
Oxunub: 180     14:36     05 Mart 2024    
İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan BMT Baş Assambleyasında keçirilən iclasda Ukrayna ordusunu raket və Pilotsuz Uçuş Aparatı (PUA) hücumlarına qarşı erkən xəbərdarlıq sistemləri ilə təmin etmək planlarını açıqlayıb.

Ordu.az-ın xəbərinə görə, Erdan qeyd edib ki, İsrail Ukraynanı Rusiyanın raket hücumlarından və PUA hücumlarından qorumaq üçün onu erkən xəbərdarlıq sistemləri ilə təmin etməyə çalışır.

“Biz bu sahədə təcrübəmizi inkişaf etdirməyə məcburuq və öz imkanlarımızı ukraynalı dostlarımızla bölüşməyə hazırıq”, - deyə o bildirib.

İsrailin BMT-dəki daimi nümayəndəsi İsrailin ukraynalı müttəfiqlərinə 100 tondan çox humanitar yardım avadanlığı göndərdiyini və Ukrayna sərhədində səhra xəstəxanaları qurduğunu açıqlayıb.

Erdan bu xəstəxanalarda 7 mindən çox yaralının müalicə olunduğunu, yüzlərlə ukraynalı xəstənin isə İsrailin müxtəlif xəstəxanalarında və reabilitasiya mərkəzlərində müalicə aldığını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Ukrayna  


Bizi "telegram"da izləyin