Rusiyanın ən müasir tankı T-14 “Armata” cəbhə xətti ilə vidalaşıb

2024/03/1709620719.jpg
Oxunub: 315     12:33     05 Mart 2024    
21-ci əsrin ən şiddətli müharibəsi olan Rusiya-Ukrayna müharibəsi 2 ildən artıqdır ki, davam edir.

Ordu.az xəbər verir ki, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hücumu ilə başlayan müharibə “müharibə iqtisadiyyatı” anlayışının bütün tərəflər tərəfindən aydın şəkildə başa düşülməsini təmin edib.

Son olaraq Rusiya ordusu dünyanın ən müasir tankları arasında yer alan T-14 “Armata” əvəzinə daha aşağı texnologiya səviyyəsinə malik T-90 əsas döyüş tankına üstünlük verib.

Rusiyanın “Rostec” müdafiə şirkətinin prezidenti Sergey Çemezov təsdiqləyib ki, ən müasir rus tankı T-14 “Armata” Kremlin “xüsusi hərbi əməliyyat” kimi xarakterizə etdiyi Ukrayna müharibəsində istifadə edilməyəcək.

Əslində, T-14 “Armata”nın Ukrayna müharibəsində istifadə olunmayacağı barədə məlumat 2023-cü ilin sentyabrında verilib. Bununla belə, Çemezovun bəyanatı göstərir ki, T-14 “Armata” uzun müddət, bəlkə də heç vaxt döyüşlərdə iştirak etməyəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin