Fransa yeni 120 mm-lik tank sursatını təqdim edib

2024/03/Lecle-1709626724.jpg
Oxunub: 177     11:30     05 Mart 2024    
Fransada yerləşən müdafiə sənayesi istehsalçısı “Nexter” SHARD 120 mm-lik tank sursatının ixtisas sınaqlarının uğurla tamamlandığını açıqlayıb.

Ordu.az xəbər verir ki, SHARD NATO tanklarında da istifadə olunan 120 mm-lik sursatların döyüş qabiliyyətini artırmaq üçün hazırlanıb.

Məlumata görə, yeni nəsil zirehdəlici döyüş sursatları mövcud döyüş sursatlarından 15% daha çox nüfuzetmə gücünə malikdir.

SHARD-ın əsas yeniliyi onun yeni volfram ərintisindən hazırlanması və əməliyyat xərclərini aşağı salan, xüsusən də lülə aşınmasını 25% azaldan texniki nailiyyətlərə malik olmasıdır.

SHARD-ın 52 çaplı lüləsi olan 120 mm-lik çaplı bir topla atıldıqda atış sürəti 1720 m/s, 55 çaplı bir lülə ilə atıldıqda isə 1734 m/s-ə çatır.

Məlumata görə, yeni sursat “Leclerc” və “Leopard 2” tanklarının uğurlu atış sınaqlarından sonra kütləvi istehsal mərhələsinə keçib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   SHARD   NATO  


Bizi "telegram"da izləyin