İsrail “Hizbullah”a yeni zərbələr endirib

2024/03/1709615214.jpg
Oxunub: 190     03:14     05 Mart 2024    
İsrail hərbçiləri Livandan ölkənin sərhəd bölgələrində ən azı 10 raket atışını qeydə alıb.

Ordu.az-ın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti xəbər yayıb.

Bundan əlavə, ordu Livan ərazisindəki “Hizbullah” hədəflərinə yeni hücumlar həyata keçirib.

"Bir müddət əvvəl İsrailin şimalında sirenlər səsləndikdən sonra Livandan İsrail ərazisinə təxminən 10 mərminin atıldığı qeydə alınıb. İtkilər barədə məlumat yoxdur", - ordudan bildiriblər.

Mətbuat xidməti həmçinin bildirib ki, İsrail qırıcıları ölkənin şimalındakı Marqaliot kəndi yaxınlığındakı atışmalara cavab olaraq Livanın cənubunda “Hizbullah”ın bir neçə hədəfinə hücum ediblər. Bint Cbeyl, Es-Sultaniya və Siddiqin yaşayış məntəqələri ərazilərindəki hədəflər vurulub. "Hücum edilən hədəflər arasında “Hizbullah”ın hərbi strukturları və bu terror təşkilatının istifadə etdiyi hərbi komanda və idarəetmə mərkəzi olub", - İsrail ordusu bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hizbullah  


Bizi "telegram"da izləyin