Albaniya keçmiş sovet aerodromunu NATO hava qüvvələrinin yerləşdirilməsi üçün açır

2024/03/e7a3a-1709567496.jpg
Oxunub: 255     19:26     04 Mart 2024    
Albaniya Sovet İttifaqı tərəfindən tikilmiş Kucova hərbi aerodromunu NATO hava qüvvələrinin yerləşdirilməsi üçün açır.

Ordu.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Alyansın sözçüsü Daylan Vayt bildirib ki, Kucova aviabazasının yenidən qurulması strateji sərmayədir:

"Biz Qərbi Balkanlarda mövcudluğumuzu gücləndirməyə davam etməliyik".

Qeyd edək ki, aerodrom Albaniyanın paytaxtından 80 km aralıda yerləşir. Yenidənqurma xərcləri 50 milyon avro təşkil edir.

Bundan əvvəl Albaniyanın Baş naziri Edi Rama deyib ki, aviabazanın açılması Rusiyadan qaynaqlandığı iddia edilən təhlükə ilə əlaqəlidir.

“Albania Daily News” informasiya portalının məlumatına görə, aerodrom helikopterləri, pilotsuz uçuş aparatları və NATO Hərbi Hava Qüvvələrinin təyyarələrini yerləşdirmək üçün istifadə olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Albaniya   NATO  


Bizi "telegram"da izləyin