Bayden: "Seçkilərdə Trampı yenə məğlub edəcəyəm, amma o bunu etiraf etməyəcək"

2023/08/0bba2-1692853037.jpg
Oxunub: 183     18:38     04 Mart 2024    
Prezident Co Bayden keçmiş prezident Donald Trampın yenidən məğlub olacağı təqdirdə 2024-cü il seçkilərinin nəticələrinə etiraz edəcəyinə inandığını deyib.

Ordu.az xəbər verir ki, bu barədə Prezident Bayden "New Yorker"ə müsahibəsində bildirib.

Trampın noyabrda uduzarsa, bunu etiraf edib-etməyəcəyi ilə bağlı suala Bayden belə cavab verib: “O, sadəcə qalib gəlmək üçün hər şeyi edəcəyini düşünür”.

“İnanıram ki, o, (Tramp) qalib gəlmək üçün hər şeyi edəcək. Mən qalib gəlsəm, o, nəticəyə etiraz edəcək. Onu məğlub edəcək yeganə şəxs mənəm və mən onu yenə məğlub edəcəyəm”, - Bayden qeyd edib.

ABŞ prezidenti etiraf edib ki, heç vaxt ikinci müddətə namizəd olmamaq fikrini düşünməyib: “Mən iki səbəbə görə yenidən yarışmaq qərarına gəldim. Birincisi, nəticələrimlə həqiqətən fəxr edirəm və irəli getmək istəyirəm. Mən gələcəyə nikbin baxıram. İkincisi odur ki, mən kənardan baxanda öz-özümə deyirəm: gördüyüm işlərin çoxu indi öz təsirini verməyə başlayır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayden   Tramp  


Bizi "telegram"da izləyin