Dendias: "Ermənistan-Yunanıstan-Fransa-Hindistan dördtərəfli əməkdaşlığı mümkündür"

2024/03/65e5c-1709557617.jpg
Oxunub: 209     17:01     04 Mart 2024    
Ermənistan, Yunanıstan, Fransa və Hindistan arasında dördtərəfli əməkdaşlıq mümkündür.

Ordu.az xəbər verir ki, bunu İrəvanda rəsmi səfərdə olan Yunanıstanın milli müdafiə naziri Nikos Dendias erməni həmkarı Suren Papikyanla görüşdən sonra keçirilən mətbuat konfransı zamanı bildirib.

Nazir qeyd edib ki, Ermənistan, Yunanıstan və Kipr arasında uğurlu üçtərəfli hərbi əməkdaşlıq yaradılıb:

“Ermənistan və Yunanıstanın çox nüfuzlu ortaq dostları ilə - Fransa və Hindistanla üçtərəfli və ya dördtərəfli əməkdaşlıqlar ola bilər”, - deyə nazir əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Yunanıstan  


Bizi "telegram"da izləyin