Türkiyə və Yunanıstan liderlərinin telefon danışığı olub

2024/03/65e5b-1709555421.jpg
Oxunub: 139     16:20     04 Mart 2024    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis arasında telefon danışığı olub.

Ordu.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Qeyd olunub ki, Türkiyə lideri Yunanıstan hökumətinin başçısını ad günü münasibətilə təbrik edib.

Tərəflər həmçinin, ölkələrarası münasibətləri və regional məsələləri müzakirə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Yunanıstan  


Bizi "telegram"da izləyin