Türkiyə yeni kamikadze PUA-sı istehsal edib

2024/03/18bf7-1709555376.jpg
Oxunub: 307     16:20     04 Mart 2024    
Türkiyə yeni kamikadze tipli Pilotsuz Uçuş Aparatı (PUA) istehsal edib.

Ordu.az yerli KİV-ə istinadən xəbər verir ki, “AZAT FPV” PUA-sı Qətərdəki müdafiə sənayesi sərgisində nümayiş olunub.

Onun 3 fərqli ölçüdə, 2 növü var. Çəkisi 2 kiloqramdır. 800 qram yük daşıya bilən PUA havada 20 dəqiqə qalır.

PUA-nın konkret olaraq nə vaxt istifadəyə veriləcəyi açıqlanmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PUA  


Bizi "telegram"da izləyin