Rusiyanın keçmiş prezidenti: "SSRİ-ni bərpa etmək artıq mümkün deyil"

2022/10/05c0a-1665852941.jpg
Oxunub: 210     16:14     04 Mart 2024    
SSRİ əvvəlki formada bərpa oluna bilməz.

Ordu.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, ölkənin keçmiş prezidenti Dmitri Medvedev deyib.

O, Rusiyanın SSRİ-nin layiqli varisi olduğunu xatırladıb: “Mən SSRİ-də doğulub, boya-başa çatmışam. Keçmiş ittifaqda təhsil almışam və formalaşmağımda Sovet İttifaqına borcluyam. Amma İttifaqı daha əvvəlki kimi dirçəltmək mümkün deyil”.

Bundan əlavə, D.Medvedev dövlət başçısı Vladimir Putinin ölkə sərhədlərinin heç bir yerdə bitmədiyi barədə bəyanatını da xatırladıb: “Rəqiblərimiz başa düşməlidir ki, bizim başqasının torpağında gözümüz yoxdur, lakin öz ərazilərimizdən də əl çəkməyəcəyik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Medvedev   Rusiya   SSRİ  


Bizi "telegram"da izləyin