Erməni siyasi xadim: “Rusiya tərəfindən Ermənistanın müəyyən dərəcədə aşağı qiymətləndirilməsi var”

2024/03/1709541615.jpg
Oxunub: 195     16:22     04 Mart 2024    
“Postsovet regionunda dövlətlər arasında münasibətlər tez-tez tarixi və geosiyasi reallıqların düzgün dərk edilməməsi səbəbindən mürəkkəbləşə bilər (praktikada mürəkkəbdir)”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri Davit Ananyan yazıb.

O qeyd edib ki, Rusiya ilə Ermənistan arasında münasibətlərə gəlincə, açıq-aydın Rusiya tərəfindən Ermənistanın müəyyən dərəcədə aşağı qiymətləndirilməsi var.

“Məsələn, bu barədə dolayı yolla iki ölkə arasında diplomatik qarşılıqlı fəaliyyətin təhlili əsasında, xüsusən də Rusiyanın Ermənistandakı səfiri və səfirliyinin fəaliyyəti (daha doğrusu, fəaliyyətsizliyi) nöqteyi-nəzərindən mühakimə yürütmək olar. Rusiya səfirinin dəyişdirilməsi ilə bağlı təşəbbüslərin olmaması (onun fəaliyyəti nəticəsində öz ölkəsinin rəhbərləri və qərar qəbul edən şəxslər açıq-aşkar dezinformasiya alırlar) Rusiyanın Ermənistanı xüsusi diplomatik diqqət və ya vaxtaşırı yanaşma korrektələri tələb etməyən tərəfdaş kimi qəbul etməsini vurğulayır. Bu kontekstdə qeyd etmək olar ki, Rusiya Ermənistanla münasibətlərinə regionda geosiyasi etimad və öz üstünlüyünü aşkar şəkildə şişirtmək prizmasından baxır”, - deyə Ananyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin