Ay missiyasında istifadə ediləcək ekipaj modulu USS “San Diego” amfibiya gəmisindən dənizə buraxılıb

2024/03/1709541388.jpg
Oxunub: 145     19:45     04 Mart 2024    
NASA-nın gələn il planlaşdırdığı Ay missiyasında istifadə ediləcək ekipaj modulu (CMTA) 2024-cü il fevralın 23-də keçirilən Xilasetmə Sınağında “San Antonio” sinfinə məxsus USS “San Diego” (LPD-22) amfibiya gəmisindən dənizə buraxılıb.

Ordu.az xəbər verir ki, Ay missiyasından sonra Sakit okeana enəcək dörd astronavtı daşıyan modulu USS “San Diego” qarşılayacaq.

Aralarında 2 donanma kapitanının da olduğu 4 astronavt Artemida missiyası üçün təlim keçir.

1972-ci ildə NASA-nın “Apollo 17” missiyasından sonra Aya eniş edən ilk ekipaj missiyası olacaq “Artemis III” üçün kritik bir addım olan təlim bir həftə davam edib.

“Underway Recovery Test 11” (ULT-11) adlı təlimdə donanma dalğıcları, helikopter qrupları və tibb işçiləri Sakit Okeanda simulyasiya edilmiş dənizdəki modula müdaxilə edərək, kosmik gəmini “San Diego”nun aşağı göyərtəsinə aparıblar.

Gecə-gündüz davam edən okean təlimində əsas diqqət Ay missiyası üçün suya enən kosmik gəmidəki ekipajın xilas edilməsinə yönəldilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NASA   USS   SanDiego  


Bizi "telegram"da izləyin