Rumıniya İsraildən “Spike LR2” tank əleyhinə raketləri alacaq

2024/03/1709540891.jpg
Oxunub: 156     16:47     04 Mart 2024    
Rusiya-Ukrayna müharibəsindən sonra bir çox region ölkələri kimi silahlanma fəaliyyətlərini sürətləndirən Rumıniya 2023-cü ilin dekabr ayında ABŞ-dən 80 milyon dollar dəyərində 263 ədəd “Javelin” Tank Əleyhinə Raketi almağa qərar verib.

Ordu.az xəbər verir ki, Rumıniya çiyindən atılan “Javelin” raketindən əlavə, üçayaq və ya platforma üzərindən atıla bilən “Spike LR2” Tank Əleyhinə Raketini də almaq qərarına gəlib.

Hazırda “Spike” ailəsinə məxsus tank əleyhinə raketlərdən fəal şəkildə istifadə edən Rumıniya 2018-ci ildə İsrailin “Rafael” müdafiə şirkətindən “Spike ER” raketlərini almağa qərar verib.

Tədarük edilən raketlər IAR-330 SOCAT helikopterlərinə inteqrasiya edilib.

Rumıniya bu dəfə “Rafael” (İsrail), “Diehl Defence” (Almaniya) və “Rheinmetall” (Almaniya) şirkətlərinin birgə təşəbbüsü olan “Eurospike”dən tank əleyhinə raket almağı planlaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   İsrail   Spike-LR2  


Bizi "telegram"da izləyin