Fransa sursat istehsalında barıt problemi yaşayır

2024/03/2024--1709538562.jpg
Oxunub: 222     16:38     04 Mart 2024    
Fransa Müdafiə Nazirliyi Ukrayna ordusuna çatdırılacaq yüksək çaplı sursatların istehsalı üçün tələb olunan barıt məsələsində problem yaşayır.

Ordu.az xəbər verir ki, Ukraynanın ehtiyac duyduğu sursatın istehsalı üçün lazım olan barıt Avropada ümumiyyətlə yoxdur.

Tələb olunan barıtı tez bir zamanda qarşılamaq mümkün olmadığı bildirilir, səbəb kimi bölgədə barıt sənayesindən çoxdan imtina edildiyi göstərilir.

Ukraynanın xüsusilə ehtiyac duyduğu 155 mm-lik artilleriya sursatının istehsalı üçün barıtın tədarükünü təmin etmək lazımdır. Bu çərçivədə Fransa Müdafiə Nazirliyi ölkədə barıt istehsalını canlandırmaq üçün addımlar atır.

Fransanın müdafiə naziri Sebastyan Lekornü barıt sənayesini canlandırmaq məqsədilə bir ildən bir qədər çox müddət öncə istehsalın İsveçdən Dordognedəki Bergeraca, Eurenco sahəsinə köçürüləcəyini açıqlayıb.

Bu sənaye əməliyyatı Fransanın 2024-2030 hərbi proqramlaşdırma qanununun (LPM) bir hissəsi kimi həyata keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Sursat   MN  


Bizi "telegram"da izləyin